UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, siyasi tədqiqatçı Nərgiz Hacıyeva Macarıstanın nüfuzlu Obuda Universiteti tərəfindən keçiriləcək FİKUSZ 2023 Gənc Tədqiqatçıların beynəlxalq elmi konfransının Elm komitəsinin üzvü seçilib.
N.Hacıyeva konfransda "Beynəlxalq Marketinq" adlı panelinə sədrlik edəcək.
FIKUSZ 2023 Obuda Universitetinin Keleti Károly Biznes və İdarəetmə Fakültəsi tərəfindən təşkil edilən illik beynəlxalq konfransdır. Konfrans haqqında ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.