A

UNEC-in “İqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadə Rusiyanın Kalininqrad şəhərində keçirilən “Elm, təhsil, cəmiyyət: qlobal sosial-iqtisadi transformasiyalar dövründə tendensiyalar və inkişaf perspektivləri” mövzusunda Gənc Alim Məktəbində iştirak edib.

A.Əzimzadə tədbirin dəyirmi masasında "Çoxqütblü dünyanın formalaşması şəraitində beynəlxalq valyuta münasibətlərinin yeni üfüqləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzənin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Rusiya, Almaniya, Fransa, Hindistan, Qırğızıstan və digər ölkələrin gənc alimlərinin iştirak etdiyi tədbir 2 gün davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay