A

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub.

UNEC professoru “Leninqradın azad olunmasında SSRİ xalqları” mədəni maarifləndirici layihəsi çərçivəsində və Leninqradın blokadasının qırılmasının 80 illiyi ilə əlaqədar olaraq “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbirdə iştirak edərək, “Leninqradın azad olunmasında azərbaycanlıların rəşadəti və Azərbaycanın iqtisadi dəstəyi” mövzusunda çıxış edib.

Səfər çərçivəsində Zahid Məmmədov Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən Zəfər muzeyində təşkil olunmuş tədbirdə, eləcə də Federal statuslu Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən “Avrasiya İqtisadi Perspektivi” XI Beynəlxalq Forumunda da iştirak edib.

Z.Məmmədov forumda “Azərbaycan və Rusiya: Avrasiya məkanında əməkdaşlığı gücləndirmək üçün maliyyə sektorundan təkliflər” mövzusunda məruzə edib və sualları cavablandırıb.

Rusiya Federasiyası Federal statuslu Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə “21-ci əsrin enerjisi: İqtisadiyyat, siyasət, ekologiya” adlı konfransa da qatılan UNEC professoru “Nəqliyyat sektorunun karbonsuzlaşdırılması” adlı sessiyaya sədrlik edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay