A

UNEC Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri, İqtisadiyyat və işlətmə fakültəsinin müəllimi Səidə Xəlil Erasmus+ mübadilə proqramı çərçivəsində İtaliyanın Sapienza Universitetində olub.

Mübadilə müddətində Səidə Xəlil Sapienza Universitetindəki “CiMEO” Davranış İqtisadiyyatı laboratoriyasının fəaliyyəti ilə tanış olub, İqtisadiyyat fakültəsinin dərslərində iştirak edib.

Səidə Xəlil İtaliyanın Unitelma və Sapienza universitetlərinin professorları ilə də görüşüb. O, “Dairəvi İqtisadiyyat yanaşması çərçivəsində Azərbaycan üçün inkişaf strategiyası təklifi” adlı təqdimatla çıxış edərək, işğaldan azad edilmiş ərazilərdə davam edən quruculuq işlərindən danışıb. UNEC əməkdaşı bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri barədə də iştirakçılara məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay