UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri və gənc siyasi alim Nərgiz Hacıyeva ABŞ-ın Miçiqan Universitetinin Gender və Qadın Araşdırmaları Tədqiqat İnstitutunda (IRWG) ilk azərbaycanlı kimi tədqiqatçı statusu alıb.
Bu status UNEC Xanım Tədqiqatçılar Şurasının tədqiqatçılarının beynəlxalq miqyasda tanınmasına və institutla əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.
1995-ci ildə təsis edilmiş İnstitut Miçiqan Universitetinin Tədqiqat üzrə Vitse-Prezidenti Ofisinin nəzdində fəaliyyət göstərən müstəqil qurumdur. IRWG-in missiyası Miçiqan Universitetində qadın, gender mövzularında, xüsusilə fənlərarası tədqiqatları dəstəkləmək və təşviq etməkdir. İnstitutun tədqiqat vizyonu humanitar və sosial elmlərlə yanaşı, yaradıcılıq, performans incəsənətləri və elmləri də əhatə edərək, fənlərarası yanaşmanı və geniş inklüzivliyi hədəfləyir.