A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 20 Yanvar hadisələrinin otuz beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.

Dəyirmi masada BMDM-in rəhbəri dos. Söhrab İsayev çıxışında 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində önəmli rolundan danışıb, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Qeyd edib ki, 20 Yanvarda xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirib.  

Sonra dos.Asiman Quliyev, dos.Qadir Bayramlı, prof.Qabil Manafov, prof.Kamil Şahbazov, dos.Təranə Əliyeva və b.m.Faiq Əhmədov tədbirdə bildiriblər ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Şəhidlərin qanının yerdə qalmadığını, bu hadisələrin azadlıq uğrunda mübarizəyə ruhlandıran oyanış olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları həmin dövrə aid xatirələrini bölüşüblər.

TOP XƏBƏRLƏR