Türk Universitetlər Birliyinə (TÜRKUNİB) üzv olan universitetlər arasında həyata keçirilən Orhun Mübadilə Proqramı çərçivəsində UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri və "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimi Səidə Xəlil Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetində mübadilə proqramında iştirak edib.
Səidə Xəlil proqram çərçivəsində ingilis dilində "Mikroiqtisadiyyat" fənnini tədris etmiş, eyni zamanda fakültənin professor-müəllim heyəti və doktorant tələbələri üçün “Strategic Pathways to Circular Economy in Developing Countries: The Case of Azerbaijan” mövzusunda seminar keçib.
Proqramın sonunda UNEC müəlliminə rəsmi mübadilə sertifikatı təqdim olunub.