UNEC-də elmi fəaliyyətin davamlı inkişafı və tədqiqat yönümlü mühitin gücləndirilməsi istiqamətində növbəti addım atılıb.
Universitetin bir qrup müəllimi yüksək elmi nəticələrinə görə “Tədqiqatçı” statusu qazanıb. Suqra Hümbətova, Tural Nağıyev, Aytən Niyazova və Əli Xəlilov “Tədqiqatçı-dosent”, Nigar Hüseynli “Tədqiqatçı-baş müəllim”, Həsrəddin Quliyev isə “Tədqiqatçı-müəllim” statusuna layiq görülüblər.
Qeyd edək ki, UNEC-də elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi və professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə 2019-cu ildən “UNEC professor-müəllim heyəti üzvlərinə ‘tədqiqatçı’ statusunun verilməsi haqqında” Qaydalar tətbiq olunur. Bu statusu qazanan müəllimlərin aylıq vəzifə maaşları (diferensial əlavə əmək haqqı istisna olmaqla) 50% həcmində artırılır.