UNEC Magistratura Məktəbinin “İqtisadi və texnoloji elmlər” kafedrasının baş müəllimi Aygün Abdulova nüfuzlu "DergiPark" platformasında yayımlanan “Kent Akademisi” jurnalının Asiya təmsilçiləri şurasının üzvü seçilmişdir.
Jurnala üzvlük həm regionlararası elmi əməkdaşlığın inkişafı, həm də beynəlxalq akademik mühitdə elmi fəaliyyətlərin genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. A.Abdulovanın bu platformadakı təmsilçiliyi beynəlxalq elmi nəşr proseslərində fəal iştiraka və yeni akademik tərəfdaşlıqların qurulmasına da geniş imkanlar yaradacaqdır.