A

Bu gün UNEC-in Fəxri professoru, “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının dosenti Mahmud Quluzadənin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

UNEC rektoru professor Ədalət Muradov adından yubilyara təbrik məktubu və hədiyyə təqdim edən İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov M.Quluzadəni təbrik edərək xoş sözlərini bildirmişdir.

“Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev, yubilyar haqqında danışaraq, onun 1962-ci ildən indiki Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyətə başladığını bildirərək, M.Quluzadənin çoxsaylı elmi əsərlərin müəllifi olduğunu qeyd etdi.

Tədbir çərçivəsində İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov və digər şəxslər çıxış edərək yubilyarı təbrik etmişlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay