A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov Macarıstanın Budapeşt şəhərində keçirilən CFA İnstitutunun CEE Universiteti Sammitində (CFA Institute CEE University Summit) iştirak edib.

Sammitdə 34 qurumdan, o cümlədən 30 CFA Affiliated (CFA  tərəfindən tanınan) universitetlərdən və Macarıstan institutlarının maliyyə fakültəsindən 4 nümayəndə dəvət iştirak edib.

Tədbirdə universitetlərlə əlaqələr üzrə direktor Peter Watkins və CFA-nın digər nümayəndələri CFA -nin missiyası və universitetlər üçün verə biləcək tövhələrdən bəhs ediblər. CFA bağlılığı olan universitetlərlə əməkdaşlıq əlaqələrinin yaradılmasının perspektivləri istiqamətində müzakirələr aparıblar.

Sammitdə maliyyə və investisiya mövzularında müxtəlif istiqamətlər aparılıb, 5 istiqamət üzrə Şərqi Avropa regionunda tədqiqt aparılmasının mümkünlüyünü sammit iştirakçıları xüsusu maraqla qarşıladı.

UNEC nümayəndəsi Aqil Əzizov universitetlər arasında əlaqələrin genişləndirilməsi və tərəflər arasında informasiya mübadiləsinin aparılması üçün vahid platformanın yaradılmasının vacibliyindən danışıb. CFA-ya bağlı universitetlərin ikili və ya birgə proqramlar üzrə gələcək əməkdaşlıq aparmalarının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, dünyada hazırda 550-dən çox CFA-ya bağlı universitet var və UNEC -in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası 2018-ci ildən etibarən CFA institutu tərəfindən tam tanınan bir ixtisasdır. Burada tədris olunan fənlər CFA kurrikulumu ilə tamlıq təşkil edir. Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alacaq tələbələrimzə CFA inistitutu tərəfindən təqaüd əldə etmək imkanı yaradılıb. Azərbaycan universitetləri arasında CFA -ya bağlı olan yeganə universitet UNEC-dir. 

TOP XƏBƏRLƏR