A

modern.az

Bu gün Azər­bay­can oxu­cu­su­nun is­te­dad­lı alim, publisist, ədəbiyyatşünas kimi ta­nı­dığı, Azərbaycan Yazçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, “Tərəqqi” medallı, Hə­sən bəy Zər­dabi və «Qı­zıl qələm» mü­ka­fat­ları lau­rea­tı, UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmlər doktoru, professor To­fiq Əbdüləziz oğlu Əb­dül­hə­sən­linin 65 yaşı tamam olur. To­fiq Əbdülhəsənli 30 illik dostumdur. Dəyərli insan, Azərbaycan dili və ədəbiyyatı haqqında yüzlərlə araşdırmaların müəllifi Tofiq müəllim hələ tə­lə­bə­lik il­lə­rin­dən müa­sir Azər­bay­can ədə­biy­yatı, xü­su­silə də si­yasi li­ri­ka­mız­la ma­raq­la­nır, us­tadı Xə­lil Rza Ulu­tür­kün, Bəx­ti­yar Va­hab­za­də­nin, Məm­məd Ara­zın, Sa­bir Rüs­təm­xan­lı­nın ya­ra­dı­cı­lı­ğını bir təd­qi­qat­çı ma­rağı ilə iz­lə­yir­di. To­fiq müəllim çox ciddi, san­bal­lı elmi işlərin, dərsliklər və dərs vəsaitlərinin və habelə, dörd monoqrafiyanın müəllifidir.

Hələ tələbəlik illərində yazdığı Xə­lil Rza­ Ulutürkün ya­ra­dı­cı­lı­ğına həsr et­diyi dip­lom işi çox yük­sək təd­qi­qat­çı­lıq sə­riş­təsi olan bir tə­lə­bə­nin gələcək po­ten­sial im­kan­la­rın­dan xə­bər ve­rir­di.

Haq­qın­da söz aç­dı­ğım dip­lom işin­dən bizi on il­liklər ayı­rır. Ötən müd­dət­də mən To­fi­q müəllimin  on­lar­la elmi mə­qa­lə­sini, pub­li­sis­tik ya­zı­la­rını oxu­mu­şam və açıq de­yi­rəm ki, onun uğur­lu ya­zı­la­rına, tədqiqatlarına görə  hə­mişə se­vin­mi­şəm. Çox məm­nu­nam ki, ötən il­lər­ ərzində istər rəs­mi döv­lət qə­zet­lə­rin­də  - “Azər­bay­can” və “Respublika” qəzetlərindəki  pub­lisis­tik fəa­liy­yəti ilə elmi fəa­liy­yə­tini əla­qə­lən­dirə bil­miş, son də­rəcə gərəkli elmi-pedoqoji fəaliyyətini uzlaşdırmağı bacarmışdır.

Tofiq müəllimin müasir poeziyamıza həsr etdiyi monoqrafiyalarında görkəmli şairlərimiz – Xə­lil Rza Ulu­tür­kün, Bəx­ti­yar Va­hab­za­də­nin, Ca­bir Nov­ru­zun, Sa­bir Rüs­təm­xan­lı­nın, Söh­rab Ta­hi­rin və baş­qa gör­kəm­li sə­nət­kar­la­rı­mı­zın poeziyasını təd­qi­qat ob­yek­tinə çe­vi­rmiş, on­ların əsərləri müx­tə­lif yön­dən təh­lil olu­nmuşdur. Konk­ret fakt­lar­la sü­but olu­nur ki, bu­gün­kü mil­li is­tiq­la­lı­mı­zın qa­za­nıl­ma­sın­da, müs­tə­qil­li­yi­mi­zin göz bə­bəyi kimi qo­ru­nub sax­lan­ma­sın­da bu gör­kəm­li sə­nət­kar­la­rın əsər­lə­ri­nin də rolu mi­sil­siz­dir, əvəz­siz­dir. Xəlil Rza Ulutürkün bir vaxtlar  “Af­ri­ka­nın səsi” adıy­la çap olu­nan və  dil­lər əz­bə­rinə çev­ri­lən:

Azad­lığı is­tə­mi­rəm,

Zərrə-zərrə, qram-qram,

Qo­lum­dakı zən­cir­ləri

Qı­ram gərək, qıram-qıram,

 -şeirinin li­rik qəh­rə­ma­nın his­si və dü­şün­cə­ləri ha­mı­mıza doğ­ma­dır, əziz­dir. Professor T.Əb­dül­hə­sən­li ö tədqiqatlarında haq­lı ola­raq gös­tə­rir ki, nə qə­dər ki, yer üzün­də xalq­lar öz azad­lığı və is­tiq­lalı uğ­run­da, im­pe­riya zül­mün­dən xi­las ol­maq uğ­run­da mü­ba­rizə apa­rır, nə qə­dər ki, ti­kan­lı məf­til­lər­lə iki his­səyə bö­lün­müş öl­kə­lər, xalq­lar var, bu tip­li əsər­lər hə­mişə müa­sir səs­lə­nə­cək, oxu­cu­su­nun heç nəyə gü­zəş­tə get­mə­dən işıq­lı ideal­lar na­minə mü­ba­rizə ya­ra­ğına çev­ri­lə­cək. Xə­lil Rza Ulu­tür­kün ya­ra­dı­cı­lı­ğına həsr olun­muş «Mə­nəvi uca­lıq poe­zi­yası» adlı iri­həcm­li mə­qa­lə­sin­də To­fiq Əb­dül­hə­sən­li haq­lı ola­raq qeyd edir ki, li­rik qəh­rə­man şair şəx­siy­yə­ti­nin es­te­tik ideal  qo­vuş­ması yolu ilə ya­ra­nır.

Məş­hur  in­gi­lis ya­zı­çısı Çar­liz Siou ya­zır ki, bö­yük ədə­biy­yat və bö­yük mə­də­niy­yət heç də xal­qın azad, fi­rə­van çağ­la­rın­da deyil, ək­sinə, özünü təs­diq et­mək uğ­run­da mü­ba­ri­zə­nin qı­zış­dığı çağ­lar­da ye­ti­şir. Bu hə­qi­qə­tən be­lə­dir. Bir vaxt­lar Xə­lil Rza Ulu­türk ya­zır­dı ki, bu hə­qi­qəti yal­nız və yal­nız bir gün­də az qala 24 saat iş­lə­mək­dən, ça­lış­maq­dan, yanıb-ya­xıl­maq­dan zövq alan­lar duya bilər. O, Çar­liz Sio­nun yu­xa­rı­dakı fik­rinə bir daha haqq qa­zan­dı­ra­raq qeyd edir­di ki, bö­yük mə­də­niy­yət, ulus­un özü­nü­təs­diq uğ­run­da mü­ba­ri­zə­si­nin qı­zış­dığı çağ­lar­da ya­ra­nır. Bu elə qüd­rət­li və qar­şısıa­lın­maz bir qa­nunauy­ğun­luq­dur ki, heç bir aclıq, ya­xud di­gər maneə kök­sün­də öz xal­qı­nın ürə­yini gəz­di­rən­lə­rin dö­yüş əz­mini kor­şal­da  bil­mir. Bö­yük poe­zi­yanı cə­sur­lar ya­ra­dır. Xə­lil Rza poe­zi­ya­sın­da si­ma­sız­lığa, meş­şan­lığa, «pa­laza bü­rün el­nən sürün» fəl­sə­fə­sinə qar­şı hid­dət və qə­zəb hə­mişə güc­lü ol­muş­dur. Bu ba­xım­dan Azər­bay­can poe­zi­ya­sı­nın ənə­nə­ləri qə­dim­dir.

Tofiq müəllimin 20 Yan­var faciə­sinə, qan yad­da­şı­mıza, azər­baycan­lı­la­rın de­por­ta­si­ya­sına həsr olun­muş ya­zı­ları da ma­raq­la oxu­nur və yad­da qalır. Bu da gö­rü­nür onun­la bağ­lı­dır ki, müəllif qə­ləmə al­dığı möv­zunu hər­tə­rəf­li öy­rən­miş, bu yan­ğını ürə­yin­dən ke­çir­miş, son­ra isə ağ və­rəq­lər üzə­rinə kö­çür­müş­dür.

65 yaşı ta­mam olur Tofiq müəllimin. 65 yaş, öm­ürdən ke­çən 65 il nə­dir ki? Özü də bu il­lə­rin bö­yük ək­sə­riy­yəti ya­ra­dıcı bir ömür ta­ri­xini yaza. Əs­lin­də, ya­şa­dı­ğı­mız öm­rün ta­ri­xini özü­müz ya­zı­rıq. Əməl­lə­ri­miz­lə, fəa­liy­yə­ti­miz­lə. O da şək­siz­dir ki, fəa­liy­yə­ti­miz dü­şün­cə­lə­ri­mi­zin, tə­fək­kü­rü­mü­zün məh­su­lu­dur. Əq­li­nin for­ma­laş­ması ilə cə­miy­yət­dəki möv­qeyi ba­lans təş­kil edən­də in­san özü olur.

Hər gün ça­lış­dı­ğı­mız Azərbaycan Dövlət İqtisad Universitetinin dəhlizlərində qar­şı­la­şı­rıq və To­fiq müəl­limlə hal-əh­val tu­turuq. Onun nə vaxt­sa qaş­qa­baq­lı, dil­xor ol­du­ğunu gör­mə­miş­əm. Hət­ta ən sə­mimi söh­bət­lə­rin­də belə ət­raf­da­kı­lar­dan sən ha­ra­lı­san deyə so­ruş­maz. Onun üçün öncə Azər­bay­can an­la­yışı var.Vətən var Türk Dünyası var.

Özü Neft­ça­la­nın ən qə­dim ya­şa­yış məs­kən­lə­rin­dən olan Pi­rəb­bə kən­din­də dün­yaya göz açıb.  Ba­kıya gə­lib, Bakı Döv­lət Uni­ver­si­te­ti­nin qa­pı­sın­dan tə­ləbə kimi gi­rənə qə­dər dün­ya hə­min kənd­dən, gecə­ləri kən­də lay­la ça­lan Kür ça­yın­dan və ev­ləri ilə ça­yın ara­sın­da qə­rar tu­tan me­şə­dən iba­rət olub. Babaları Nəsir kişi, Dos­təli ki­şinin qanlı qapısına ge­dən­də qan bağ­la­dan bu ki­şi­lə­rin nə­vəsi Bakı kimi əlini uzat­san ça­tar bir pay­taxt­da da qə­rib ol­ma­yıb. El oğ­lusu, döv­rü­nün odlu-alov­lu cən­ga­vər şairi Xə­lil Rza Ulu­türk qoy­ma­yıb aya­ğına daş dəyə. Amma o Ulu­türk ki­şi­nin də öz prin­sip­ləri vardı. To­fi­q müəllimin əlin­dən tu­tub ötü­rüb onu hə­ya­tın içinə. «Müs­tə­qil yaşa ki, müs­tə­qil fik­rin olsun -düşüncən  formalaşsın»deyərdi. Fi­lo­lo­giya fa­kül­tə­si­nin tə­lə­bəsi adlı-san­lı za­vod­la­rın bi­rin­də dəz­gah ar­xa­sına keçib. Za­vo­dun gənc fəh­ləsi heç ki­min görə bil­mə­di­yini gör­məyə, duy­mağa baş­la­yıb. Nə­həng dəz­gah­lar­la baca­rıq­lı in­san­la­rın necə dil tap­ma­sına, gö­zü­nün qar­şı­sın­da ya­ra­nan xa­rü­qə­lərə hey­ran qa­lıb və bu hey­ran­lıq yavaş-ya­vaş qə­zet sə­hi­fə­lə­rin­də öz ək­sini tap­mağa baş­la­yıb. Təh­si­lini başa vur­mağa az qal­mış im­zası uni­ver­si­tet və fəh­lə yol­daş­ları ara­sın­da məş­hur olan To­fiq Əb­dül­hə­sən­li «Gənc­lik» nəş­riy­ya­tına işə düzəlib. Amma is­teh­sa­latı unut­ma­yıb və ar­tıq bu sahə üzrə ya­zan müx­bir kimi ta­nın­dı­ğın­dan elə qə­zet­dəki fəa­liy­yə­tini də bu yön­də da­vam et­di­rib. Təh­si­lini başa vu­ran­dan son­ra isə ikin­ci təh­sil üçün Azərbaycan Dövlət İq­ti­sad Uni­ver­si­te­tinə üz tutub. Qəzetlərdə  iq­ti­sadi mövzuda mə­qa­lə­lər yazıb.  Fi­lo­loq hara, iq­ti­sa­diy­yat hara? Sua­lı­mıza To­fiq müəl­lim özünə xas tə­bəs­süm­lə ca­vab verir:

- Gənc yaş­la­rım­dan is­teh­sa­lat­dan yaz­dı­ğım­dan bu sa­həni daha mü­kəm­məl bil­mək eh­ti­yacı ya­ran­dı. Ka­mil pa­raq­çı mə­sə­ləsi var. İş­lə­di­yin sa­həni ka­mil bil­mə­li­sən ki, yaz­dı­ğına inan­sın­lar. Uzun müd­dət “Azər­bay­can” qə­ze­ti­nin iq­ti­sa­diy­yat şö­bə­sinə baş­çı­lıq et­mi­şəm. Sonralar hə­min işimi “Res­pu­bil­ka” qə­ze­tin­də davam etdirmişəm. Döv­lə­tin iq­ti­sadi si­ya­sə­ti­nin təb­li­ğinə bugün də ba­car­dı­ğım töh­fəmi ve­ri­rəm.

Doğ­ru­dan da To­fiq Əb­dül­hə­sən­li yeni neft stra­te­gi­yası, region­la­rın sosial-iq­ti­sadi in­ki­şafı, ölkə iq­ti­sa­diy­ya­tı­nın bu və ya di­gər sa­hə­ləri ba­rədə pub­li­sit­sik ya­zı­ları, mü­sa­hi­bə­ləri ilə diq­qəti cəlb edir. Rəs­mi döv­lət qə­ze­tin­də, döv­lə­ti­mi­zin iq­ti­sadi si­ya­sə­ti­nin təb­li­ğinə aid sil­silə pub­li­sis­tik mə­qa­lə­lə­rin, BDU-nun, APU-nun, Təh­sil Na­zir­li­yi­nin, AMEA-nın Dil­çi­lik, Fəl­səfə və Ədə­biy­yat ins­ti­tu­tu­la­rı­nın nü­fuz­lu elmi məc­muə­lə­rin­də, habelə MDB ölkələrində və Türkiyədəki nüfuzlu elmi jurnallarda onlarla elmi məqaləsi nəşr olunmuşdur. To­fiq Əb­dül­hə­sən­li­nin daha bir ki­tabının adı: “İq­ti­sa­diy­yat da poe­zi­ya­dır” adlanır. Tofiq müəllim deyir ki, rə­qəm­lə­rin öz nəğ­məsi, öz poe­zi­yası var. Bu poe­zi­yanı hə­mişə çə­tin­lik­lər­lə qar­şı­la­şan­da, o çə­tin­lik­ləri ayaq­la­yıb keç­mək üçün hə­ya­tın ri­yazi düs­tur­lara əsas­la­nan prin­sip­lə­rini kö­mə­yinə ça­ğı­ran­da du­yur­san.

Tofiq müəllim özü  olan in­san­dır. Kim­sə uzaq­dan çox sə­mimi, tə­rəf­siz gö­rünə bilər. La­kin onu ta­nı­maq­dan ötrü ona tə­rəf atı­lan bircə ad­dım da ki­fa­yət­dir. Tək bir­cə addım!

Ha­mı­sın­dan yax­şısı özün kimi ol­maq­dır. To­fiq Əb­dül­hə­sən­li də özü olub hə­mişə. Bu gün təb­ri­kinə gəl­di­yi­miz bu 65 illiyin­də dost da, ta­nış da onu özü kimi ta­nı­yıb və sevib. 65 yaşın mübarəkdir Tofiq müəllim!

Arif Şəkərəliyev
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmlər doktoru, professor,
Şöhrət ordenli, Əməkdar elm xadimi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay