Oktyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Eldar Əliyevin anım günü idi.
Anım mərasimində fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və İşlətmə” kafedrasının müdiri Nurhoca Akbulaev, fakültə Tələbə Həmkarlar Komitəsinin sədri Kamran Nəbizadə və tələbələr şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı iştirakçılar Eldar Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.