UNEC Yaradıcılıq Mərkəzinin Bədii Qiraət Dərnəyinin tələbələri arasında görkəmli şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final mərhələsi keçirilib.
Finala vəsiqə qazanan səkkiz tələbə öz qiraət bacarıqlarını nümayiş etdirərək münsiflər heyətinin qarşısında çıxış ediblər.
Final mərhələsinə vəsiqə qazanan tələbələr bunlardır:
- Mirzəyev Turan – İqtisadiyyat və İdarəetmə fakültəsi
- Məmmədova Röya – Rəqəmsal İqtisadiyyat fakültəsi
- Talıbova Nərgiz –Maliyyə və Mühasibat fakültəsi
- İsmayılova Sona –Maliyyə və Mühasibat fakültəsi
- Əliyeva Rehanə –Mühəndislik fakültəsi
- Rəhimli Yunis –Beynəlxalq İqtisadiyyat Məktəbi
- Şükürov Hüseyn –Biznes və Menecment fakültəsi
- Caniyeva Rəfiqə – Maliyyə və Mühasibat fakültəsi
Müsabiqənin münsiflər heyətində UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənli, UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının katibi Vüsal Nuru yer alıblar.
Tələbələrin çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Nəticədə səs çoxluğu ilə “Maliyyə və Mühasibat” fakültəsinin II kurs tələbəsi Caniyeva Rəfiqə müsabiqənin qalibi elan olunub.