A

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kənd Yerlərində Sahibkarlığın İnkişafına Dəstək layihəsi çərçivəsində “Avropa İttifaqının Təcrübəsi Əsasında Sahibkarlığın Elektron Tədrisi” (EU Best Practices in Entrepreneurship E-learning) mövzusunda vebinar keçirilib.

Layihədə elektron tədris üzrə ekspert kimi fəaliyyət göstərən UNEC-in gənc müəllimi Turan Süleymanov Avropa İttifaqında Sahibkarlığın Elektron Tədrisi mövzusunda təqdimatla çıxış edib. Təqdimdat zamanı Aİ-də sahibkarlıq ekosistemində elektron təhsil konsepsiyası və onun rolu, elektron təhsilin sahibkarların və KOB-ların fəaliyyətinə təsiri, Aİ-də elektron təhsilin xarakteristikası (siyasəti, tətbiq istiqamətləri, təsirləri və s.), elektron təhsilin infrastrukturu və sertifikatlaşdırma sxemləri haqqında geniş məlumat verilib.

2019-2021-ci illəri əhatə edən layihənin məqsədi Azərbaycanın iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun artırılmasına dəstək göstərməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay