A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşü keçirilib.

Görüşdə Şuranın sədri, müavini və katibi seçilib. UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.

Professor Elşad Məmmədov nazirliyin öz fəaliyyətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa, aparılan sosial islahatlarda şəffaflığın və ictimai nəzarətin təmin edilməsinə, ictimaiyyətlə əlaqələrin təşkilinə xüsusi diqqət ayırmasını yüksək dəyərləndirib. Şuranın nazirliyin  uğurlu islahatlar prosesinə öz töhfələrini vermək üçün səylə çalışacağını vurğulayıb.

UNEC professorunu təbrik edirik, ona yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay