A

UNEC-in Həmkarlar İttifaqı Komitəsinin (HİK) aparıcı məsləhətçisi Vəlixan Namazovun 75 illik yubileyi keçirilib.

Tədbirdə İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov, Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, universitetin digər əməkdaşları və tələbə heyəti iştirak ediblər.

Tədbirdə qonaqlar Vəlixan Namazovun həmkarlar ittifaqları orqanlarında 52 il fasiləsiz səmərəli əmək fəaliyyəti göstərdiyini və bu sahədə böyük iş təcrübəsinə malik olduğunu vurğulayaraq, onu 75 illik yubileyi münasibətilə təbrik ediblər.

Vəlixan Namazov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirib, fəaliyyəti ərzindəki təəssüratlarını, universitetlə bağlı xoş xatirələrini bölüşüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay