Daşkənd Dövlət İqtisad Universitetinin dosenti Aziza İrmatova UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Rəqəmsal iqtisadiyyatda insan kapitalının inkişafı” mövzusunda çıxış edib.
A.İrmatova çıxışında müasir rəqəmsallaşma dövrünün tələblərinə uyğunlaşmaq, eləcə də tələbələrin elm və təhsilə marağını daha da artırmağın innovativ üsulları barədə geniş məlumat verib.
Görüş zamanı universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi barədə də müzakirələr aparılıb.
Sonda DDİU-nin dosentinə sertifikat təqdim olunub.