A

UNEC-in professoru Əlican Babayev “Qlobal transformasiya çağırışları şəraitində sənaye siyasəti: sənaye inkişafının yeni mərhələsinə keçidin nəzəriyyəsi və praktikası (YİC.2)” mövzusunda VIII Sankt-Peterburq İqtisadi Konqresində (SPİK-20) iştirak edib.

Konqres XXI əsrdə texnoloji və sosial-iqtisadi dəyişikliklərin metodologiyası və nəzəriyyəsinə, strateji planlaşdırma və dövlət tənzimlənməsindən istifadənin aktuallığına, eləcə də sosial inkişafın insan potensialı, elm və təhsil kimi aspektlərinin əhəmiyyətinə həsr olunub.

UNEC-in İqtisadi və texnoloji elmlər kafedrasının professoru, iqtisad elmləri doktoru Əlican Babayev konqresin plenar iclasında “Müasir inkişafın imperativi kimi sosial-iqtisadi proseslərin dövlət tənzimlənməsinin gücləndirilməsi” mövzusunda çıxış edib. Konqres çərçivəsində təşkil olunan plenar, bölmə iclasları, dəyirmi masa və seminarlarda səmərəli elmi müzakirələr aparılıb.

Rusiya Azad İqtisadiyyat Cəmiyyətinin dəstəyi ilə S.Y.Witte adına Yeni Sənaye İnkişafı İnstitutu tərəfindən təşkil edilmiş konqresdə Rusiyanın bir çox regionlarından, eləcə də ABŞ, Çin, Kanada, Avstriya, Böyük Britaniya, Braziliya, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin müxtəlif elm və təhsil müəssisələrinin, dövlət və özəl qurumlarının nümayəndələrinin 200-dən çox məruzəsi dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay