A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiyada THİK-in Qiyabi Əlavə Təhsil Mərkəzinin (QƏTM) sədri Şəfiqə Qurbanova, Tarix Klubunun direktoru Ziyad Ağayev və fakültələrin fəal tələbələri iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyi — Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. Tələbələr Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlarla tanış olub, xatirə şəkilləri çəkdiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay