A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin rəhbəri və əməkdaşları I kurs tələbələri ilə görüşüblər.

UNEC-in II tədris binasında təhsil alan Rus İqtisad Məktəbi, Turk Dünyasi İqtisad Fakültəsi, İqtisadiyyat və İdarəetmə fakültəsinin I kurs tələbələri ilə görüşən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, mərkəzin bədii-rəhbəri Əfsanə Məmmədova, mərkəzin nəzdində fəaliyyət göstərən dərnəklərin qrup rəhbərləri tələbələrə mərkəzin fəaliyyəti, bədii dərnəklər, Radio UNEC barədə məlumat veriblər. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də yaradıcı potensiallarını daha da inkişaf etdirmələri üçün onlara mərkəzə üzv olmalarını tövsiyə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay