A

UNEC Dizayn Məktəbi və THİK-in birgə təşkilatçılığı ilə “UNEC Günü”nə həsr olunmuş sərgi-müsabiqə keçirilib.

Sərgi-müsabiqədə UNEC Dizayn Məktəbinin tələbələrinin bir-birindən maraqlı rəsm əsərləri nümayiş olunub.

Münsiflər heyətinin qərarı ilə, 2-ci kurs tələbəsi Dilşad Muxtarovanın əsəri I yerə layiq görülüb. II yeri 2-ci kurs tələbəsi Nübar Mustafazadə, III yeri isə 1-ci kurs tələbəsi Züleyxa Məmmədova qazanıb.

Tələbələrimizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR