A

UNEC-in Tələbə rektoru Nihad İsgəndərov, Tələbə Gənclər TəşkilatıRəqəmsal Könüllülər Təşkilatının idarə heyətinin üzvü olan tələbələr COP29 sərgisini ziyarət ediblər.

UNEC tələbələri COP29 sərgisinin Yaşıl Zonasında davamlı inkişaf və ətraf mühitin qorunmasına dair müxtəlif təşəbbüsləri və innovativ layihələri yaxından izləyiblər. Onlar, həmçinin, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı COP29-da iştirak edən xarici qonaqlarla fikir mübadiləsi aparıblar. Bu təcrübə tələbələrə qlobal ekoloji problemlər barədə daha geniş məlumat əldə etmək imkan yaradıb.

TOP XƏBƏRLƏR