A

"İqtisadçı Tələbələrə Dəstək" İctimai birliyi və Tələbə Elmi Cəmiyyətinin birgə əməkdaşlığı ilə “Exam mood” tədbiri keçirilmişdir.

Tədbirə bədii qiraətçi Xəzər Süleymanlı, gənc şair Aqşin Evrən və müğənni Elvin Mirzəzadə dəvət olunmuşdur. Görüşün əsas məqsədi tələbələri 2-ci kollokvium imtahanlarına hazırlanmasına dəstək idi. Şeirlərlə, mahnılarla davam edən görüşdə, Dərnəklərə Nəzarət Təftiş komissiyasının koordinatoru Lamiyə Qaraxova və qiraətçi Xəzər Süleymanlı B.Vahabzadənin "Bir salama dəymədi" şeirini duet olaraq səsləndirmişlər. Daha sonra tədbir suallar və səmimi söhbətlər əsasında davam etmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay