A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olublar. Fakültənin dekanı dosent Elçin Səmədovun, dekan müavini dosent İlham Seydəliyevin rəhbərliyi ilə Parkı ziyarət edən tələbələr 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük qələbəsinin uğurları ilə tanış olublar.

Hərbi Qənimətlər Parkının bələdçisi tələbələrə qənimətlər barədə ətraflı məlumat verib. Tələbələr açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.

TOP XƏBƏRLƏR