A

8 noyabr Zəfər günü münasibətilə UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin Tələbə Elmi Klubu tərəfindən “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii tədbir keçirilib.

Departamentin direktoru dosent Gülnarə Rzayeva iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədən söz açıb.

Tədbirdə iştirak edən Biznes və menecment fakültəsinin məzunu olmuş şəhid  Rüfət Əsgərovun anası Aynurə xanım oğlu ilə bağlı xatirələrini bölüşərək, onunla qürur duyduğunu bildirib.

Sonra tələbələrin müharibə ilə bağlı hazırladıqları tamaşa nümayiş olunub, UNEC-in məzunu Yusif Cəfərbəylinin ifasında muğam və Xudayar təsnifi, şeirlər  səsləndirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.  

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay