A

UNEC-in Həmkarlar İttifaqı Komitəsi və Rus İqtisad Məktəbinin müəllim-tələbə heyəti Azərbaycanın gözəl güşələrindən olan Quba rayonunun Küsnət kəndinə səfər ediblər.

Səfərin məqsədi asudə vaxtın səmərəli təşkili, semestr ərzində fakültənin sosial-ictimai həyatında fəal olan tələbələri stimullaşdırmaq, müəllim, tələbə və əməkdaşlar arasında mobilliyi təmin edərək, səmimi mühit yaratmaq, kollektivin intellektual potensialını inkişaf etdirmək, gənclərin dünyagörüşünü zənginləşdirmək olub.

Maraqlı keçən səfər zamanı gənclərimiz məşhur messenat Hacı Zeynalabdin Tağıyevin xeyirxah əməllərindən, əslən şuşalı olan görkəmli ziyalımız Firudin bəy Köçərlinin, 100-illik yubileyi tamam olan nəğməkar şairimiz İslam Səfərlinin, həmçinin bir sıra tanınmış dünya yazıçılarının və rejissorların həyat və yaradıcılıqları, eləcə də Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın hər kəsə örnək ola biləcək həyat yolu barədə məlumatlarla tanış olublar.

Tələbə və əməkdaşlar üçün maraqlı və səmimi ab-havada təşkil olunan görüşdə şeirlər, mahnılar səsləndirilib. Fəal iştirak edən tələbələrə bədii kitablar hədiyyə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay