A

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) Tələbə Elmi Cəmiyyətinin özəyinin yaradılmasına həsr edilmiş tədbir keçirilib. Tədbirdə qeyd edildi ki, BMDM-də Tələbə Elmi Cəmiyyətinin özəyinin yaradılması haqqında qərar qəbul edilib.

Tədbirdə UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru Fariz Əhmədov qeyd etdi ki, qarşıda duran ən vacib vəzifələrdən biri tələbələrin elmi fəaliyyətinin aktivləşdirilməsidir. Bu istiqamətdə fəaliyyəti canlandırmaq üçün TEC-in BMDM üzrə özəyinə elmi potensialı yüksək və elmi araşdırmalara maraqlı olan tələbələri cəlb etmək zəruridir. F.Əhmədov tələbələri aktiv elmi fəaliyyətə səslədi.

Tədbir çərçivəsində TEC sədri Nərmin Heydərova tədbir iştirakçılarına TEC-in strukturu və fəaliyyəti haqqında məlumat verdi.

Toplantı çərçivəsində BMDM üzrə TEC-in sədri Fidan Cahangirova seçildi.

Tədbirdə təşkilatın gələcək fəaliyyəti müzakirə olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay