A

UNEC-də “Daxili və kənar audit yoxlamalarının təşkili” mövzusunda seminar keçirilib.

UNEC Biznes Məktəbinin magistrləri üçün təşkil olunan seminarda “İqtisadiyyat və biznesin idarəedilməsi” kafedrasının müəllimi Elsevər İbadov mövzunun aktuallığından danışıb.

Sonra “Azərbaycan Sənaye Sığorta” ASC-nin audit komitəsinin sədri Rəşad Abudzadə “Daxili və kənar audit yoxlamalarının təşkili” mövzusunda təqdimatla çıxış edib. O, daxili və kənar auditin məqsədlərini, xidmət və istehsal sektorundakı ümumi və fərqli tərəflərini, real yoxlamaları, audit prosesində aşkara çıxarılan mühasibat səhvlərini, əhəmiyyətli saxtakarlıq hallarını və bu halların aradan qaldırılması yollarını açıqlayıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, magistrlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay