A

UNEC-i (Azərbaycan Dövlət İqtisad Universiteti) abituriyentlərə yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə “UNEC-i tanı” layihəsinə yenidən start verildi.

Layihə çərçivəsində abituriyentlərə və onların valideynlərinə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Abituriyent və valideynlər II-V günlər saat 10:00-16:00-dək şəxsiyyət vəsiqələri ilə UNEC-in əsas tədris binasına (İstiqaliyyət, 6), yaxınlasa bilərlər.

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi Facebook (https://www.facebook.com/unecedu) səhifəsinə yazaraq, eləcə də (012) 492 60 43 nömrəsinə zəng edərək, onları maraqlandıran sualları ünvanlaya bilərlər.

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay