A

UNEC-in Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Elektron universitet şöbəsinin müdiri Kəminə Cəbrayılova Ekstern Tədris Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

K.Cəbrayılova 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “Çoxişlənən malların konstruksiya edilməsi” ixtisası üzrə magistratura səviyyəsini bitirib.

Əmək fəaliyətinə 2007-ci ildə Bakı Qida Sənayesi Kollecində müəllimə olaraq başlayıb.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Mərkəzin Qeydiyyat bölməsinin tyutoru, 2016-cı ildən 2021-ci ilin avqust ayınadək Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin Elektron universitet şöbəsinin müdiri vəzifəsində çalışıb.

2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay