A

UNEC-in Xarici Dillər Departamenti, Karyera Mərkəzi və Yelo Bankın birgə əməkdaşlığı ilə Karyera Həftəsi keçiriləcək.

“Yelo Career Challenge” layihəsi çərçivəsində tələbələr üçün bankın peşəkar heyəti tərəfindən təlimlər təşkil olunacaq.

Yelo onlayn seçim testlərindən yüksək nəticə ilə keçənlər namizədlər təlimdə iştirak etmək haqqı qazanacaqlar. Təlimlərin sonunda qalib olan tələbələr Yelo Bankda 1 aylıq ödənişli təcrübə proqramına qatılma şansı əldə edəcəklər.

İştirakçılar karyera həftəsinin bütün təlimlərində iştirak etməlidirlər.

PROQRAM

Tələbə sayı: 30 nəfər
Müddət: 8 iş günü
Ünvan: UNEC, əsas tədris binası (İstiqlaliyyət küçəsi, 6)
QEYDİYYAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay