A

"525-ci qəzet"

Müəllimlər hər zaman dərs planları hazırlamaq, tapşırıqları yoxlamaq və auditoriyanı idarə etmək arasında balans qurmağa çalışırlar. Bu baxımdan təhsildə Süni İntellektin (Sİ) tətbiqi əsl dönüş nöqtəsidir. Sİ müəllimlərin vaxtına qənaət edə, stressini azalda və öyrənmə təcrübəsini zənginləşdirə bilər. Müəllimlərin Sİ-in imkanlarından  bəhrələnmək bacarıqlarını formalaşdırmaq isə təhsil idarəedicilərinin vacib vəzifələrindəndir.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, müəllimlər dərsə hazırlıq, qiymətləndirmə və auditoriya (sinif) idarəçiliyinə çoxlu vaxt sərf edirlər. Bu işlərdə Sİ ən yaxşı köməkçi ola bilər. Məsələn, tapşırıqların yoxlanılması çox vaxt aparan prosesdir. Sİ bu işi avtomatlaşdıraraq qısa müddətdə nəticə və rəy təqdim edir. Sİ təhsilalanların işlərini təhlil edərək ən çox edilən səhvləri müəyyənləşdirir və müəllimə vaxtında müdaxilə imkanı yaradır:

“Sİ təhsildə ən böyük dəyişikliklərdən birini dərs planlaşdırılmasında yaradır. Sİ alətləri kurikulum standartlarını təhlil edərək müxtəlif öyrənmə üslublarına uyğun fərdiləşdirilmiş dərs planları hazırlaya bilir. Sİ yalnız müəllimlər üçün deyil, həm də təhsilalanlar üçün faydalıdır. Sİ-n tətbiqi interaktiv öyrənmə mühiti yaradır. Bundan əlavə, Sİ təhsilalanların performansının təhlili əsasında  onların güclü və zəif tərəflərini müəyyənləşdirir və uyğun resurslar təklif edir. Bu fərdiləşdirilmiş yanaşmanı daha effektiv edir”.

TOP XƏBƏRLƏR