UNEC-də “İqtisadçı Vətənpərvərlər Təşkilatı”na və “Cross-Cultural Club”a sədr seçkiləri üzrə namizədlərin qeydiyyatı davam edir.

Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”) təşkilatına sədr üçün namizədliyi UNEC-də təhsil alan xarici ölkə vətəndaşları irəli sürə bilərlər.

İqtisadçı Vətənpərvərlər Təşkilatlarına sədr seçkilərinə qatılmaq istəyən namizədlər üçün tələblər:

  • ÜOMG 71-dən az olmamalı;
  • Əyani şöbədə təhsil almalı;
  • Konfrans / müsabiqə / ictimai tədbirlərdə iştirakını təsdiqləyən sertifikat / diplom / fəxri fərmanların olması üstünlükdür;
  • Xarici dil biliyi sertifikatının olması üstünlükdür;
  • IV kursda təhsil alan tələbələr istisna olmaqla.

Müəyyən olunmuş tələblərə cavab verən tələbələr üçün qeydiyyat tarixi:  16 – 27 may

Qeydiyyat linki 

Müsabiqə: 28-31 may

Təbliğat-təşviqat kampaniyası: 3 iyun-5 iyun

Təbliğat kampaniyası üçün Radio UNEC, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri açıq elan  olunacaq.

Seçkilər 6 iyun, saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq.

Əlavə məlumat üçün əlaqə: +994 50 858 03 37 

TOP XƏBƏRLƏR