A

UNEC Dizayn Məktəbində “Qidalanma – tələbələr üçün sağlam həyat bələdçisidir” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisas rəhbəri, dosent Mehriban Məhərrəmova çıxış edərək tələbəlik dövrünün həm intellektual inkişaf, həm də gələcək həyat vərdişlərinin formalaşması baxımından mühüm mərhələ olduğunu vurğulayıb. Qeyd edib ki, gərgin dərs qrafiki, imtahan stressi və qeyri-müntəzəm yuxu rejimi çox vaxt düzgün qidalanma vərdişlərinin pozulmasına səbəb olur.

M.Məhərrəmova sağlam qidalanmanın yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda yüksək akademik göstəricilərin əldə olunmasında da əsas amillərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, qida mühəndisliyi baxımından sağlam qidalanma sadəcə seçim deyil, uğurlu karyera və uzunömürlülük üçün mühüm sərmayədir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay