A

UNEC Dizayn Məktəbində “Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda “Dizayn” kafedrasının müəllimi Nərminə Namazova və Tələbə Elmi Cəmiyyətinin sədri Zərifə Məmmədli mövzu ilə bağlı çıxış ediblər.

Bildirilib ki, iqlim dəyişiklikləri və əhalinin artan su tələbatı mövcud su ehtiyatlarının idarə olunmasında daha səmərəli yanaşmaların tətbiqini zəruri edir. Qeyd olunub ki, su ehtiyatlarından səmərəli istifadə, mövcud resursların qorunması və alternativ su mənbələrinin yaradılması ölkənin davamlı inkişafı, həmçinin ekosistemlərin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Seminar çərçivəsində su itkilərinin azaldılması, qabaqcıl təcrübələrin tətbiqi və ictimai iştirakçılığın artırılması mövzularında fikir mübadiləsi aparılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay