“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən, xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.

“Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpası haqqında Qaydalar”a əsasən, bərpa üçün ərizələr 06 yanvar 2025-ci il tarixindən 03 fevral 2025-ci il tarixinədək qəbul edilir.

Tələb olunan sənədlər:

  • Rektorun adına yazılmış ərizə ( fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, e-mail adres, əlaqə nömrəsi dəqiq göstərilməklə);
  • şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);
  • hərbi biletin surəti;
  • akademik transkript;
  • təhsil haqqı borcu haqqında arayış;
  • ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).

Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1012)

TOP XƏBƏRLƏR