Koblenz Tətbiqi Elmlər Universiteti və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Liderlik və məşğulluq imkanları - beynəlxalq əmək bazarı üçün bacarıqların əldə edilməsi” mövzusunda 9-13 sentyabr tarixlərində yay məktəbi keçiriləcək.
Tərəfdaşlar sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Alman-Azərbaycan Ticarət Palatası, Gəncə Beynəlxalq Xəstəxanası, Excelsior Hotel, Ata Bank OSJC və Almaniyanın Leadership-Kultur-Stiftung şirkəti yer alır.
Yay məktəbində iştirak etmək ödənişsizdir.
Əlaqə: (012) 492-60-45; Beynəlxalq əməkdaşlıq departamenti