A

UNEC Karyera Mərkəzi tələbə və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə dünyanın tanınmış karyera mentorlarının məsləhətlərinin Azərbaycan dilində tərcümələrini təqdim edəcək.

İlk məqalə 15 illik işəgötürmə üzrə amerikalı mütəxəssis J.T.O`Donnellinindir. J.T.O`Donnell sualın cavabını belə açıqlayır:

İşəqəbul müsahibələrində hər şirkətin özünəməxsus sual texnikası vardır ki, bunlara müsahibə sualları deyirik.  Onların arasında müsahiblərə daha çox verilən “Niyə burada işləmək istəyirsiz?” sualıdır.

Hər hansı bir iş görüşməsi zamanı sizdən soruşulan ilk suallardan biri də “Mənə özünüz haqqında məlumat verərsinizmi?” ilə yanaşı, “Niyə burada işləmək istəyirsiz?” sualıdır. Bu sual bir neçə fərqli tərzdə verilə bilər. Məsələn: “Niyə bu şirkət?”, “Sizi bu şirkətdə işləməyə cəlb edən nədir?” və s.

Karyera məsləhətçisi və işəgötürmə mütəxəssisi olaraq 15 illik təcrübəmdə bu sualdan yayınan və ya səhv cavab verən çox namizəd gördüm. İlk öncə söyləməyəcəyimiz şeylərdən başlayaq:

"Daha çox məsuliyyət götürməyə hazıram və bu şirkətdə çalışmaq karyeram üçün böyük bir addım olacaq".

Bu, yaxşı bir cavab kimi görünsə də, eyni zamanda təklif verməyinizi göstərir. Rəhbəriniz  şirkətlə bağlı heç bir istəyinizin olmadığını və "daha yaxşı" bir fürsət gəldiyi anda işdən ayrılacağınızı düşünə bilər.

“Şirkətiniz haqqında mükəmməl şeylər eşitdim və təklif etdiyiniz imkanlar əladır!”

Bu çox ümumi bir cavabdır, rəhbərlərin də xoşuna gəlmir. Çünki bu, onları əsas motivasiyanızın şirkətə dəyər qatmaq istəyinizdən daha çox pul və imkanlarla əlaqəli olduğunu düşündürür.

"Əlaqə hekayəsi" ilə cavab verin

Rəhbərlərin əsas bilmək istədiyi şirkət haqqında nə qədər məlumatınızın olduğu və sözün əsl mənasında orada nə qədər işləmək istəyinizdir. Bunu nümayiş etdirməyin ən təsirli yollarından biri, "əlaqə hekayəsi"ni ən yaxşı şəkildə çatdırmaqdır. Bu işəgötürən şəxsə sizin şəxsi dəyərlərinizin şirkətin dəyərləri ilə uzlaşdığını və vəzifənin həm peşəkar, həm də şəxsi həyatınızda keyfiyyətləri inkişaf etdirməyinizə kömək edəcəyini söyləyən şəxsi bir hekayədir.  Çünki bu, işinizdə daha qərarlı olacağınız mənasına gələr.

Cavab hazırlayarkən nə etməlisiniz?

Əlaqə hekayəniz dəyərlərinizə və hansı sahədə olduğunuza görə dəyişəcəkdir, amma əsas hədəf hər zaman eyni olmalıdır: Şirkəti başa düşdüyünüzü və necə uyğunlaşdığınızı göstərmək. Ən vacib vəzifənin aid olduğu şirkət haqqında araşdırma aparmaq və özünüzdən soruşmaqdır:

- Şirkətin dəyərləri nələrdir? Maraqlarınız və bacarıqlarınız şirkətin təşkilati mədəniyyətini necə tamamlayacaq?

- Şirkətdə nə baş verir? Yaxın zamanda məhsul və ya xidmət təkliflərini dəyişdirdimi?

- Şirkətin ən cəlbedici keyfiyyətləri hansılardır? Dəyərlərinizə, şəxsi və peşəkar olaraq çalışdığınız şeylərlə necə uyğun gəlir?

- Şirkətdə işləyən insanları tanıyırsınızmı? Onlardan şirkət haqqında nəyi bəyəndiklərini və orada işləməkdən niyə zövq aldıqlarını soruşun.

Mənbə: cnbc.com, J.T. O’Donnell

Tərcümə etdi: UNEC Karyera Mərkəzinin əməkdaşları Sevinc Məcid və Rövşanə Cahangirli

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay