A

UNEC-də “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klaslar təşkil olunacaq. 

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkil etdiyi onlayn seminarlarda xaricdə fəaliyyət göstərən yüksək H-indeksə malik alimlər nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini bölüşəcəklər.

Master klaslarda iştirak etmək arzusunda olanlar seminarların gündəliyi ilə tanış ola bilərlər:

UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, TC Süleyman Dǝmirǝl Universitetinin İnşaat Mühǝndisliyi Bölümünün Mexanika kafedrasının müdiri   professor Abdulla  AVEY tərəfindən (07.03.2023-cü il,  saat 15.00)

UNEC Empirik Tədqiqatlar Mərkəzinin və  Polşanın Vistula Universitetinin tədqiqatçısı, dosent Şəhriyar Muxtarov tərəfindən (06.04.2023-cü il, saat 15:00)

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmouth Universitetinin İqtisadiyyat Fakültәsinin dosenti Zəhra Murad  tərəfindən (14.04.2023-cü il, saat 16:00)

7 mart 2023-cü il tarixində saat 15.00-da start götürəcək master klasslara ZOOM platforması üzərindən https://zoom.us/j/93736727877 (kod:766610) linkinə keçid etməklə qoşula bilərsiniz.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay