ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən “İcma Quruculuğu Təşəbbüsləri” Proqramı açıq elan olunur. 

Proqramın məqsədi yerli icmaların inkişafı və inklüziv tərəqqini artırmaq məqsədilə icma quruculuğu təşəbbüslərinə dəstək olmaqdır. Proqram ictimai təşkilatların inkişafına töhfə verən dəyərlərin genişləndirilməsinə xidmət edən kiçik layihələri maliyyələşdirir. Müsabiqədə açıq, tolerant və inklüziv cəmiyyətin yaradılmasına, icmaların çoxşaxəli inkişafına və iqtisadi yüksəlişə yönəlmiş innovativ icma quruculuğu təşəbbüslərinə dair təfərrüatlı təklifləri olan gənclər iştirak edə bilər.

Müraciət üçün son tarix: 24 aprel 2023-cü il.
Ətraflı məlumat: https://az.usembassy.gov/cbi/

Qrant proqramı haqqında daha ətraflı məlumat üçün UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mailinə müraciət edə bilərsiniz. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay