A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klaslar davam edir.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Polşanın Vistula Universitetinin tədqiqatçısı, dosent Şəhriyar Muxtarov tərəfindən keçirilən növbəti master-klasda məruzəçi nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşəcək.

6 aprel, saat 15.00-da keçiriləcək master klasa ZOOM platforması üzərindən https://zoom.us/j/93736727877 (kod:766610) linkinə keçid etməklə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay