A

UNEC-də Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Riyaziyyat Departamentinin rəhbəri, Qərarların Seçimi və Təhlili Beynəlxalq Mərkəzinin direktoru, tex.e.d., professor Fuad Ələsgərovun iştirakı ilə “Qərarların seçimi və təhlili beynəlxalq mərkəzinin araşdırmaları” mövzusunda seminar keçiriləcək.

Professor Fuad Ələsgərov rəhbərlik etdiyi mərkəzin araşdırmaları ilə bağlı təcrübələrini UNEC tədqiqatçıları ilə bölüşəcək.

Seminarda tədqiqatçılar, doktorant və magistrantlar iştirak edə bilərlər.

Keçirilmə vaxtı: 14 dekabr 2021-ci il, saat 15.00

Ünvan: UNEC I tədris korpusu, Ağ zal

Əlaqə: +99412 492 57 31(TMİƏT şöbəsi) 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay