Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Azərbaycan Milli Erasmus+ ofisi ilə birgə Avropa İttifaqının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən Ali təhsildə potensialın qurulması və Jean Monnet layihələrinin yazılmasına dair təşkil olunacaq praktik seminara ev sahibliyi edəcək.

Seminar Avropa İttifaqı tərəfindən qrant əldə etmiş və uğurla həyata keçirilmiş layihələr, Avropa İttifaqının portalından istifadə üzrə praktiki təlim, Ali təhsildə potensialın qurulması layihələrində büdcənin düzgün formalaşdırılmasına dair mövzuları əhatə edəcək.

Seminar 24 yanvar, saat 10:00-da Bakı Ali Neft Məktəbinin kampusunun Senat zalında keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. 

Link

 

TOP XƏBƏRLƏR