A

UNEC-də Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası və  Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə “Göz hərəkətini izləmə cihazı tədqiqat aləti kimi: Demo” mövzusunda elmi seminar keçiriləcək.

Mövzu ətrafında TC Orta Doğu Texnik Universitetinin Dizayn fabrikinin müdir müavini Dr. Serkan Alkan təqdimatla çıxış edəcək. Təqdimatda göz izləmə nədir, göz izləmə tətbiqlərinin faydaları, imkanları və məhdudiyyətləri haqqında ətraflı məlumat veriləcək.

Həmçinin tədbir çərçivəsində tələbələr üçün keçiriləcək master-klassda Dr. Serkan Alkan bu sahə üzrə bilik və təcrübələrini tələbələrlə bölüşəcək.

Elmi seminar 23 fevral 2023-cü il tarixində saat 11.00-da UNEC-in III tədris binasının Akt zalında (Bakı ş., M.Muxtarov 194) keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay