A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Gələcək üçün bacarıqlar” layihəsi UNEC-də yenidən “Mentorluq” proqramına qəbul elan edir.

“Gələcək üçün bacarıqlar” layihəsi komanda olaraq innovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq, startap sahəsində məlumatlı, layihə idarəetməsi və mentor-təlimçilik sahəsində təcrübəsi və ya marağı olan şəxsləri qeydiyyatdan keçməyə dəvət edir.

3 ay davam edəcək proqram çərçivəsində baza bilikləri və ixtisaslaşma proqramı üzrə müxtəlif təlim, vörkşoplar, ekspert görüşləri və 3 günlük bootcamp tədbiri təşkil olunacaq. Seçilmiş iştirakçılar üçün “Biznes və sahibkarlıq”, “İnnovasiya menecmenti”, “Layihələr və idarəetmə prinsipləri”, “Product development”, “Startap nədir, necə yaranır?”, “İT arxitektura və mühəndislik”, “Komandanın idarəolunması”, “Startapın maliyyələşdirilməsi və biznesə start”, “Effektiv ünsiyyət bacarıqları və kommunikasiya” və digər mövzularında təlimlər həyata keçiriləcək. 

Müraciət üçün son tarix: 15 yanvar 2022-ci il

QEYDİYYAT

QEYD: Əvvəlki proqramın baza bilikləri üzrə təlim hissəsini bitirən lakin, müxtəlif səbəblərdən ixtisaslaşma hissəsində iştirak edə bilməyən mentorlar qaldıqları yerdən bu layihəyə yenidən qoşula bilərlər. Həmin şəxslərin UNEC Karyera Mərkəzinə müraciət etmələri vacibdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay