UNEC-in Türk Dünyası İqtisad fakültəsində (TUDİFAK) korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd tələbələr arasında korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, şəffaflıq və etik davranış prinsipləri barədə məlumatlılığın artırılması, eləcə də gənclərdə hüquqi və vətəndaş məsuliyyəti hissinin gücləndirilməsi olub.
Görüşdə “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və fakültə dekan müavini Cavahirxanım Məmmədova korrupsiyanın cəmiyyətin inkişafına, dövlət idarəçiliyinə və iqtisadi proseslərə mənfi təsirlərindən bəhs edərək bu halların qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Bildirilib ki, korrupsiya ilə mübarizə yalnız hüquqi və inzibati tədbirlərlə deyil, eyni zamanda cəmiyyətdə şəffaflıq, dürüstlük və məsuliyyət kimi dəyərlərin təşviqi ilə mümkündür.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.