UNEC Rus İqtisad Məktəbində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə maliyyə karyerasına həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində Bridge Akademiyasının təlimçisi Aylа Əliyeva ilə ustad dərsi təşkil olunub.
Ustad dərsi zamanı iştirakçılara maliyyə sahəsində karyera imkanları, müasir əmək bazarının tələbləri və uğurlu karyera qurmaq üçün vacib bacarıqlar haqqında ətraflı məlumat verilib. Təlimçi maliyyə sektorunda peşəkar inkişaf yolları, bu sahədə tələb olunan bilik və kompetensiyalar barədə öz təcrübəsini tələbələrlə bölüşüb.
Tədbir çərçivəsində tələbələr maliyyə planlaşdırması, analiz və qərarvermə prosesinin əsasları ilə bağlı praktiki məsləhətlər əldə edib, mövzu üzrə suallarını ünvanlandırmaq imkanı qazanıblar.
Görüş iştirakçılar üçün biliklərini genişləndirmək, maliyyə sahəsində karyera perspektivləri haqqında daha dolğun məlumat əldə etmək və gələcək peşə fəaliyyətləri üçün faydalı bacarıqlar qazanmaq baxımından faydalı olub.