UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) ana dilinin saflığının qorunması və dil mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində “Saf dil mühiti – güclü milli kimlik” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarı giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva belə tədbirlərin tələbələr arasında ana dilinə hörmət və məsuliyyət hissinin gücləndirilməsi, ana dilinin saflığının qorunması və gənclərdə düzgün nitq mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Seminarda “Azərbaycan dili” kafedrasının dosenti Günal Səfərli çıxış edərək tarix boyu xalqımıza, mədəniyyətimizə, elmimizə və dilimizə müxtəlif istiqamətlərdən təsirlərin olmasına baxmayaraq, Azərbaycan dilinin milli kimliyimizin əsas dayağı kimi qorunub saxlanıldığını bildirib. Vurğulayıb ki, ana dilinin ölkədə hakim mövqeyə yüksəlməsi yalnız onun dövlət dili elan olunması ilə deyil, həm də cəmiyyət həyatının bütün sahələrində tətbiqi və inkişafı ilə mümkün olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.