Türkiyənin Süleyman Demirel Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində payız semestri üçün qəbul elan olunur.

Proqramda “İqtisadiyyat” ixtisası üzrə bakalavriatura, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

Seçiləcək tələbə sayı: 1 nəfər

Müraciət üçün əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) 85-dən yuxarı olmalı;
  • İngilis və ya türk dili ən az B2 səviyyəsində olmalı;
  • Bakalavr pilləsi üzrə 1,2 və ya 3 kurs tələbəsi olmalı;
  • Magistr pilləsi üzrə 1 və ya 2-ci kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 30 may 2023-cü il

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Transkript (bütün semestrlər üzrə)
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (telefon nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). 

Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Süleyman Demirel Universiteti» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay